0
Saturday 17 October 2020 - 14:12

"Rusiya AB-nin sanksiyalarına qətiyyətli cavab verəcək!"

Story Code : 892562
"Rusiya AB-nin sanksiyalarına qətiyyətli cavab verəcək!"
Sputnik-in məlumatına görə, Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Moskvanın Brüsselin sanksiyalarına cavab verəcəyini söyləyib.

Öncə də xəbər verildiyi kimi Avropa Birliyi Rusiyada müxalifət rəhbərlərindən olan Navalninin zəhərlənmə hadisəsi ilə əlaqədar Rusiyada 6 fərd və bir qruma qarşı sanksiya tətbiq edib.

Rusiyanın AB-dəki nümayəndəsi Vladimir Çizov şənbə günü jurnalistlərə verdiyi açıqlamada bu mövzu ilə bağlı deyib: "Rusiyanın AB-nin sanksiyalarına verəcəyi cavab qətiyyətli olacaq! Bu cavab Rusiyanın Almaniya və Fransa ilə ikitərəfli münasibətlərini hədəf alacaq. Sanksiyalar fərdi olduğundan cavabımız da fərdi şəkildədir!"

Rus diplomatı əlavə edib: "Heç kim sanksiya tətbiq edilməsi məsələsinin arxasında Paris və Berlinin rolunu inkar edə bilməz. Elə bu səbəbdən bizim cavab tədbirlərimiz Berlin və Parislə ikitərəfli münasibətlərə təsir göstərəcək!"
Source : IslamTimes