QR CodeQR Code

İran mətbuatı ermənilərin "Gəncə terroru"ndan yazdı

IslamTimes , 17 Oct 2020 14:30

İslamTimes: İran mətbuatı İlham Əliyevin son çıxışını işıqlandıraraq, Ermənistan işğalçılarının "Gəncə terroru"ndan və bu hadisənin "hərbi cinayət" olmasından yazıb


İran İslam Respublikasının "Young Journalists Club", "FarsNews", "MashreghNews", "IRNA" və digər informasiya agentlikləri Ermənistan işğalçı ordusunun günün ilk saatlarında Gəncə şəhərində mülki yaşayış binalarını raket zərbəsi ilə hədəfə almasından yazıb. Media vasitələri Azərbaycan ordusunun işğal altındakı torpaqlarında əməliyyat keçirdiyi halda Ermənistan tərəfinin bu səhər Tərtər, Ağdam, Bərdə və Ağcabədidə mülki əhalini atəşə tutmasına diqqəti çəkib.

İran KİV-i Azərbaycan prezidenti İlham Əliyevin bugünki çıxışını da işıqlandıraraq, prezidentin Beynəlxalq Təşkilatların Ermənistanın işğalını dayandırmayacağı təqdirdə Azərbaycan Ordusunun özünün bu cinayətləri dayandıracağını söylədiyini yazıb.

İslam Respublikası mediasında Füzuli rayonunun işğaldan azad olunması xəbəri də geniş müzakirə edilib.


Story Code: 892568

News Link :
https://www.islamtimes.org/az/news/892568/iran-mətbuatı-ermənilərin-gəncə-terroru-ndan-yazdı

Islam Times
  https://www.islamtimes.org