0
Sunday 18 October 2020 - 12:35

ABŞ-da silahlı insident olub, yaralılar var

Story Code : 892707
ABŞ-da silahlı insident olub, yaralılar var
APA xəbər verir ki, bu barədə “ABC” telekanalı polisə istinadla məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər insanların sıx olduğu və ərzaq köşklərinin yerləşdiyi dayanacağın yaxınlığında avtomobildən atəş açıblar. Bildirilir ki, yaralananların arasında dörd azyaşlı da var. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bir yaşlı uşağın vəziyyəti ağır kimi qiymətləndirilir.

İnsidentin təfərrüatları araşdırılır.