QR CodeQR Code

ABŞ-da silahlı insident olub, yaralılar var

18 Oct 2020 12:35

İslamTimes: ABŞ-ın Arizona ştatının Mesa şəhərində avtomobil dayanacağında baş vermiş silahlı insident nəticəsində uşaqlar da daxil olmaqla azı yeddi nəfər yaralanıb.


APA xəbər verir ki, bu barədə “ABC” telekanalı polisə istinadla məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər insanların sıx olduğu və ərzaq köşklərinin yerləşdiyi dayanacağın yaxınlığında avtomobildən atəş açıblar. Bildirilir ki, yaralananların arasında dörd azyaşlı da var. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bir yaşlı uşağın vəziyyəti ağır kimi qiymətləndirilir.

İnsidentin təfərrüatları araşdırılır.

 


Story Code: 892707

News Link :
https://www.islamtimes.org/az/news/892707/abş-da-silahlı-insident-olub-yaralılar-var

Islam Times
  https://www.islamtimes.org