QR CodeQR Code

Dünya mediası ABŞ-ın İran qarşısında məğlubiyyətindən yazır

IslamTimes , 18 Oct 2020 14:38

İslamTimes: İran İslam Respublikası bu gündən etibarən, raket, tank, helikopter və digər hərbi təchizatlar ala və sata biləcək!


Öncə də xəbər verdiyimiz kimi bu gün saat 4:00-da BMT-nin İrana qarşı silah embarqosunun müddəti avtomotik olaraq başa çatıb. Bu isə o deməkdir ki, İran İslam Respublikası bu gündən etibarən, raket, tank, helikopter və digər hərbi təchizatlar ala və sata bilər.

ABŞ bu embarqonun müddətinin uzadılması üçün bütün vasitələrə əl atsa da, biabırçı bir məğlubiyyətlə üzləşdi. BMT TŞ-da İrana qarşı sanksiyaların uzadılması ilə bağlı layihəni səsverməyə çıxaran ABŞ-a cəmi 1 ölkə dəstək verdi. Bundan sonra "tətik mexanizmi"ndən istifadə etmək istəyən ABŞ Avropa ölkələrinin nəinki dəstəyini qazana bilmədi, hətta Fransa, Almaniya və Britaniya kimi ölkələrin sərt tənqidi ilə üzləşdi. Bu ölkələr ABŞ-ın qanunsuz olaraq İrana qarşı sanksiya tətbiq etməsini özbaşınalıq kimi dəyərləndiriblər.

Bu gün demək olar ki, bütün dünya mediası ABŞ-ın İrana qarşı silah embarqosu sanksiyalarının bərpa edilməsi səylərinin boşa çıxması ilə İran qarşısında məğlub olmasından yazıb. İrana qarşı silah idxalı və ixracı ilə bağlı sanksiyaların aradan qaxlması ilə yanaşı 23 iran rəsmisinə qarşı səfər məhdudiyyəti də aradan qaldırılıb.


Story Code: 892719

News Link :
https://www.islamtimes.org/az/news/892719/dünya-mediası-abş-ın-iran-qarşısında-məğlubiyyətindən-yazır

Islam Times
  https://www.islamtimes.org