QR CodeQR Code

İsrail İrana qarşı silah embarqosunun bitməsindən sonra təşvişə düşüb

19 Oct 2020 00:06

İslamTimes: İşğalçı sionist rejimi İrana qarşı silah embaroqsunun müddətinin bitməsinə münasibət bildirib.


"The Jerusalem Post" qəzetinin məlumatına görə Fələstin xalqını qətliam edən, bu ölkənin torpaqlarını işğal edən sionist rejimin müdafiə naziri Beni Qantz İrana qarşı embarqonun qüvvədən düşməsi ilə bağlı deyib: "İrana qarşı silah embarqosunun bitməsindən sonra biz hərbi gücümüzü artırmaq məcburiyyətindəyik. İran təkcə İsrail üçün deyil, bütün dünya üçün 1 nömrəli problemdir..."

Qantz əlavə edib: "Mən İranın nüvə silahına sahib olmasına və bu silahlarla bağlı fəaliyyətini genişləndirməsinə mane olmağa çalışacağam. Bütün dünya ölkələri bu mühüm məsələ ilə bağlı təlaş göstərməlidir."

İşğalçı İsrail rejiminin raket sənayesinin "atası" adlandırılan Yuzi Rabin də İranın kosmik və raket sənayesinin sürətlə inkişafına görə nigaran olduğunu bildirib.


Story Code: 892774

News Link :
https://www.islamtimes.org/az/news/892774/israil-irana-qarşı-silah-embarqosunun-bitməsindən-sonra-təşvişə-düşüb

Islam Times
  https://www.islamtimes.org