0
Monday 19 October 2020 - 00:27

İraq rəsmisi: ABŞ Həşd əş-Şəbini yox etməyə çalışır

Story Code : 892777
İraq rəsmisi: ABŞ Həşd əş-Şəbini yox etməyə çalışır
Koalisiya rəsmisi Səd əl-Mətləbi "Ən-Nəcba" kanalına verdiyi müsahibədə deyib: "Bu plan təkcə İraq səlahiyyətlilərinə deyil, həm də bəzi siyasi cərəyanlara da çatdırılıb. ABŞ dövləti bu qənaətə gəlib ki, Həşd əş-Şəbini yalnız hərbi qüvvələrdən istifadə edərək, zor gücü ilə aradan qaldırmaq olar. Bu məqsədlə İraq Ordusu ilə Həşd əş-Şəbi arasında bir qarşıdurma yaradılmasına çalışılır. Vaşinqton həmçinin Həşd əş-Şəbinin aparıcı rəhbərlərindən bir neçəsini aradan götürdükdən sonra Müqavimət Hərəkatına qarşı planlarını daha rahat şəkildə həyata keçirməyi düşünür. Hələ ki, kimlərin ABŞ-ın bu çirkin planına müsbət cavab verdiyi məlum deyil. Amma dəqiq olan budur ki, ABŞ bu planı bir sıra şəxslər və cərəyanlarla müzakirə edib..."
Source : IslamTimes