QR CodeQR Code

İraq rəsmisi: ABŞ Həşd əş-Şəbini yox etməyə çalışır

IslamTimes , 19 Oct 2020 00:27

İslamTimes: İraqın keçmiş baş naziri Nuri əl-Malikinin rəhbərlik etdiyi Qanun Dövləti Koalisiyası bildirib ki, ABŞ Həşd əş-Şəbi Müqavimət Hərəkatını zor gücü ilə aradan qaldırmaq üçün xüsusi bir plan hazırlayır.


Koalisiya rəsmisi Səd əl-Mətləbi "Ən-Nəcba" kanalına verdiyi müsahibədə deyib: "Bu plan təkcə İraq səlahiyyətlilərinə deyil, həm də bəzi siyasi cərəyanlara da çatdırılıb. ABŞ dövləti bu qənaətə gəlib ki, Həşd əş-Şəbini yalnız hərbi qüvvələrdən istifadə edərək, zor gücü ilə aradan qaldırmaq olar. Bu məqsədlə İraq Ordusu ilə Həşd əş-Şəbi arasında bir qarşıdurma yaradılmasına çalışılır. Vaşinqton həmçinin Həşd əş-Şəbinin aparıcı rəhbərlərindən bir neçəsini aradan götürdükdən sonra Müqavimət Hərəkatına qarşı planlarını daha rahat şəkildə həyata keçirməyi düşünür. Hələ ki, kimlərin ABŞ-ın bu çirkin planına müsbət cavab verdiyi məlum deyil. Amma dəqiq olan budur ki, ABŞ bu planı bir sıra şəxslər və cərəyanlarla müzakirə edib..."


Story Code: 892777

News Link :
https://www.islamtimes.org/az/news/892777/iraq-rəsmisi-abş-həşd-əş-şəbini-yox-etməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org