QR CodeQR Code

Ayətullah Məkarim Şirazi bəyanat verərək, müsəlmanları Azərbaycana dəstək verməyə çağırıb

19 Oct 2020 01:00

İslamTimes: Ayətullah Məkarim Şirazi yenidən Qarabağla bağlı bəyanat verib və müsəlmanları Fələstin kimi, Azərbaycana da dəstək verməyə çağırıb.


Maide.Az "iqna"ya istinadla xəbər verir ki, İslam dünyasının tanınmış mərcəyi-təqlidi Ayətullah Nasir Məkarim Şirazi Qarabağla bağlı bəyanat verib.

Bəyanatda deyilir:

"Son günlərdə Qarabağla bağlı narahatedici xəbərlər yenidən insanların diqqətini və qəlbini İslam dünyasının bir parçası olan bu bölgəyə cəlb edib. Bölgə bundan öncəki illərdə işğal edilib, məntəqədə yenidən müharibənin şölələri alovlanıb və məzlum müsəlmanların qanı burada axmağa başlayıb. Bəzi müsəlmanlar ev-eşiklərindən didərgin düşüb və bunun məsuliyyəti işğalın əsas səbəbkarlarının boynundadır.

Bütün müsəlmanlar Fələstin və digər İslam ölkələrinin bölgələrinin azadlığını dəstəklədikləri kimi, Qarabağın azadlığını da dəstəkləməlidirlər. Biz də bu məsələyə təkidlə yanaşırıq. Biz bu bölgənin azadlığına gətirib çıxaracaq və onun İslam dünyasının ağuşuna qaytara biləcək hər növ vasitəçiliyə, müzakirə aparmağa və qərara hazırıq".

Ayətullah Məkarim Şirazi bəyanatda qeyd edib ki, bütün səmavi dinlər və peyğəmbərlərin kitablarında olan təlimlər, xüsusilədə Həzrət İsa peyğəmbərin (Allahın salamı olsun ona, Peyğəmbərimizə (s) və Əhli-Beytinə (ə)) təlimində zülm və sitəmdən uzaq durmaq və məzluma yardım etmək qeyd olunub.

Yaxşı olar ki bütün xristianlar Ermənistan dövlətinə öz öhdəliklərinə əməl etməsi üçün tövsiyələr verərək, bu səmavi dinin libasını zülmdən və işğalçılıqdan təmizləsinlər, dünya inanclılarının və Allaha itaət edənlərin qəlblərini bir-birinə yaxınlaşdırsınlar, zülm və sitəmin acı aqibəti barədə xəbərdarlıq etsinlər.

Çünki Allah buyurub:

“Zülm edənlər (öləndən sonra) hansı dönüşə dönəcəklərini (aqibətlərinin necə olacağını) mütləq biləcəklər!” (Şüəra-227)

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

İİR - Qum şəhəri
Nasir Məkarim Şirazi
18 oktyabr, 2020


Story Code: 892781

News Link :
https://www.islamtimes.org/az/news/892781/ayətullah-məkarim-şirazi-bəyanat-verərək-müsəlmanları-azərbaycana-dəstək-verməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org