QR CodeQR Code

Sudan 335 milyon dollar ödəyərək adını terrorizmi dəstəkləyən ölkələr siyahısından sildirdi

IslamTimes , 20 Oct 2020 00:26

İslamTimes: ABŞ Prezidenti Donald Tramp Sudan hökumətinin “ABŞ-da terror qurbanları” adlandırılan layihə üçün 335 milyon dollar ayırmasından sonra Sudanı terroru dəstəkləyən ölkələr siyahısından çıxardığını bildirib.


ABŞ və Sudan rəsmiləri daha öncə Xartumun terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılması ilə bağlı razılığa gəlmək niyyətində olduqlarını açıqlamışdılar.

Məlumatlı bir mənbə ABŞ-la Sudan arasındakı bu razılaşmanın Sudanla sionist rejim arasında da əlaqələr yaradılmasına yol açacağını bildirib.

ABŞ Dövlət katibi Mayk Pompeo Sudan ilə işğalçı İsrail arasında münasibətlərin normallaşdırılması mövzusunda müzakirələr aparmaq üçün avqustun əvvəlində Xartuma səfər etmişdi. Lakin o zaman Xartum bu məsələnin hazırkı hökumətin iş planında olmadığını bildirmişdi.


Story Code: 892993

News Link :
https://www.islamtimes.org/az/news/892993/sudan-335-milyon-dollar-ödəyərək-adını-terrorizmi-dəstəkləyən-ölkələr-siyahısından-sildirdi

Islam Times
  https://www.islamtimes.org