0
Tuesday 20 October 2020 - 09:26

Çempionlar Liqasında komanda sayı artırıla bilər

Story Code : 893042
Çempionlar Liqasında komanda sayı artırıla bilər
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində iştirak edən komandaların sayı artırıla bilər.

Qurum 2024/25 mövsümündən etibarən qrupda 36 komandanın oynaması variantını müzakirə edir. İştirakçılar hərəsində 6 komanda olmaqla 6 qrupda mübarizə aparacaq.

Oyunların keçirilməsi ilə bağlı fərqli variantlar var. Bunların biri klassik sistemdir. Hər klub qrupdakı rəqibləri ilə ev və səfərdə, ümumilikdə 10 matç keçirəcək. Digər variant isə şahmatda dəbdə olan İsveçrə sisteminə oxşar sxemin tətbiqidir. Hər komanda bu sistemlə 10 oyun keçirə bilər. Bu variant daha çox maraqlı qarşılaşma vəd etdiyindən daha keçərli olacağı iddia edilir.

Qeyd edək ki, 2024/25 mövsümündən tətbiq olunacaq format 2021-ci ildə təsdiqlənəcək.