0
Tuesday 20 October 2020 - 11:23

ABŞ seçkilərində artıq 30 milyona yaxın insan səs verib

Story Code : 893074
ABŞ seçkilərində artıq 30 milyona yaxın insan səs verib
SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, müvafiq hesablamalar Florida Dövlət Universitetinin professoru Maykl MakDonald tərəfindən hazırlanan United States Elections Project portalında dərc edilib.

Ümumilikdə, məlumata görə ABŞ-da 30 242 866 nəfər artıq erkən səs verib.

Texasda 4.064.885 amerikalı səs verib, erkən seçicilərin sayına görə lider ştat olaraq qalır.

Onu Kaliforniya (3.037.970), Florida (2.509.245) və Şimali Karolina (1.526.973) ştatları izləyir.