0
Tuesday 20 October 2020 - 16:14

"Tramp dövləti İran qarşısında böyük məğlubiyyətə uğradı!"

Story Code : 893130
"Tramp dövləti İran qarşısında böyük məğlubiyyətə uğradı!"
"Raialyoum" qəzeti İrana qarşı silah embarqosunun müddətinin artırılmamasının Tramp dövləti üçün böyük bir məğlubiyyət olmasından yazıb. Qəzet yazıb ki, ABŞ preizdenti Donald Tramp və ABŞ dövlət katibi Mayk Pompeo iki dəfə bütün vasitələrdən istifadə edərək, bu embarqonun müddətinin uzadılmasına çalışsalar da dünya ölkələri ABŞ-ın bu özbaşınalığına boyun əymədi. Hazırda rəsmi Tehran 13 il məhdudiyyətdən sonra artıq Rusiya, Çin kimi ölkələrdən silah ala və bir çox dünya ölkələrinə silah sata bilər. Güman edilir ki, İranın əldə edəcəyi ilk hərbi təchizat Rusiya istehsalı olan S400 zenit-raket kompleksi, T90 tankları və Çinin J-10 qırıcı təyyarələri olacaq. Bu isə İsrail və ABŞ üçün yeni bir kabus deməkdir!

Qeyd edək ki, işğalçı İsrail rejimi müdafiə naziri Beni Qantz da İranın güclənməsinə mane olmaq üçün əlindən gələni edəcəyini bildirib.
Source : IslamTimes