QR CodeQR Code

NATO "prezident" Baydenlə görüşü gözləyir!

IslamTimes , 20 Oct 2020 17:51

İslamTimes: NATO rəhbərliyi Co Baydenin seçkilərdə qalib gələcəyi təqdirdə onu təbrik etmək üçün 2021-ci ilin mart ayında Brüsseldə görüş təşkil etməyi düşünür.


NATO rəhbərliyi Co Baydenin seçkilərdə qalib gələcəyi təqdirdə onu təbrik etmək üçün 2021-ci ilin mart ayında Brüsseldə görüş təşkil etməyi düşünür. Amma Tramp ikinci dəfə prezident seçilərsə prezidentlə görüş gələn ilin birinci yarısının sonlarındək keçiriləcək.

Reuters informasiya agentliyinin xəbərinə görə, NATO ötən il "2021-ci il zirvəsi"nin keçirilməsinə razılıq verdikdən sonra Demokrat namizəd Co Baydenin 3 noyabr seçkilərində ABŞ prezidenti seçiləcəyi təqdirdə, toplantının mart ayında keçirilməsi planlandı. ABŞ-la NATO arasındakı soyuq münasibətləri yenidən canlandırmaq üçün təcili toplantı keçirmək hədəflənir. NATO-nun ABŞ ilə münasibətləri Donald Trampın dörd illik prezidentliyi dövründə ən pis nöqtəyə çatıb.

Tramp NATO-nun artıq yararsız bir vəziyyətə gəldiyini bildirib və bəzi müttəfiqlərin qanunsuzluqlara yol verdiyi üçün bu qurumu tərk etməklə hədələyib.

Bayden Ağ Evə rəhbər olaraq gələrsə bu ABŞ-ın NATO-ya qarşı siyasətində bir dəyişiklik ola bilər.


Story Code: 893137

News Link :
https://www.islamtimes.org/az/news/893137/nato-prezident-baydenlə-görüşü-gözləyir

Islam Times
  https://www.islamtimes.org