QR CodeQR Code

Ayətullah Xamenei İsraillə əlaqələri rəsmiləşdirən ərəb dövlətlərini tənqid edib

21 Oct 2020 11:46

İslamTimes: “Sionist rejimilə danışıqlar masasına oturan hər hansı bir rejim xalqı arasında olan yerini itirəcək. Müsəlman xalqları hakimiyyətlərinin bu addımına dözməyəcəklər. ”


SalamNews xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin rəsmi tvitter səhifəsində məlumat yerləşdirilib.

Son günlərdə BƏƏ və Bəhreyn-in İsraillə rəsmi əlaqələrə başlaması ilə bağlı yayımlanan bu paylaşımda, İsraillə danışıqlar masasına oturan ərəb ölkələri tənqid edilib.

Bildirilib ki, müsəlman xalqları rejimlərin İsraillə əlaqələri rəsmiləşdirmək danışıqları üçün masaya oturmasına dözməyəcəklər.

Ayətullah Xameneinin bəyanatında əlavə edilib ki, ABŞ bölgə ölkələrini İsraillə əlaqələri qurmağa məcbur etməklə regionda olan problemləri özü istədiyi kimi həll edə bilməyəcək.


Story Code: 893263

News Link :
https://www.islamtimes.org/az/news/893263/ayətullah-xamenei-israillə-əlaqələri-rəsmiləşdirən-ərəb-dövlətlərini-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org