0
Wednesday 21 October 2020 - 13:21

ABŞ-ın keçmiş kəşfiyyatçıları Rusiyanı Baydenə qarşı kampaniya aparmaqda ittiham edir

Story Code : 893266
ABŞ-ın keçmiş kəşfiyyatçıları Rusiyanı Baydenə qarşı kampaniya aparmaqda ittiham edir
SalamNews-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, keçmiş əməkdaşların "Politico" qəzeti tərəfindən dərc olunan məktublarında qeyd edilir ki, Rusiya bununla bu ilki ABŞ seçkilərindəki seçicilərin səslərinə təsir göstərə bilər.

"Sizə məlumat vermək üçün yazırıq ki, Baydenin oğlu Hanterə aid olduğu  iddia edilən elektron məktubların ABŞ siyasi arenasında ortaya çıxması, Rusiyanın məlumat kampaniyasının bütün klassik əlamətləri özündə daşıyır", məktubda deyilir.

Ancaq keçmiş kəşfiyyatçılar Rusiyanın müdaxiləsinə dair heç bir dəlil təqdim etməyib və mətbuatda yayımlanan məktubların həqiqiliyi barədə məlumatları olmadığını vurğulayıblar.