QR CodeQR Code

ABŞ-ın keçmiş kəşfiyyatçıları Rusiyanı Baydenə qarşı kampaniya aparmaqda ittiham edir

21 Oct 2020 13:21

İslamTimes: ABŞ kəşfiyyat və hərbi idarələrinin 50-dən çox keçmiş yüksək rütbəli məmuru əmindir ki, ABŞ prezidentliyinə namizəd Cozef Baydenin oğlu Hanterin yazışmalarının mətbuatda yayımlanmasının arxasında Rusiya dayanır.


SalamNews-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, keçmiş əməkdaşların "Politico" qəzeti tərəfindən dərc olunan məktublarında qeyd edilir ki, Rusiya bununla bu ilki ABŞ seçkilərindəki seçicilərin səslərinə təsir göstərə bilər.

"Sizə məlumat vermək üçün yazırıq ki, Baydenin oğlu Hanterə aid olduğu  iddia edilən elektron məktubların ABŞ siyasi arenasında ortaya çıxması, Rusiyanın məlumat kampaniyasının bütün klassik əlamətləri özündə daşıyır", məktubda deyilir.

Ancaq keçmiş kəşfiyyatçılar Rusiyanın müdaxiləsinə dair heç bir dəlil təqdim etməyib və mətbuatda yayımlanan məktubların həqiqiliyi barədə məlumatları olmadığını vurğulayıblar.


Story Code: 893266

News Link :
https://www.islamtimes.org/az/news/893266/abş-ın-keçmiş-kəşfiyyatçıları-rusiyanı-baydenə-qarşı-kampaniya-aparmaqda-ittiham-edir

Islam Times
  https://www.islamtimes.org