QR CodeQR Code

Trampın Çində gizli bank hesabı olduğu ifşa oldu

IslamTimes , 21 Oct 2020 18:03

İslamTimes: ABŞ mediasının yeni bir hesabatına görə, ABŞ prezidenti Donald Trampın Çində elan olunmamış bir bank hesabı olduğu üzə çıxıb.


ABŞ mediasının yeni bir hesabatına görə, ABŞ prezidenti Donald Trampın Çində elan olunmamış bir bank hesabı olduğu üzə çıxıb. Tramp son on ildə Çində böyük ticari sövdələşmələrə imza atmaq istəsə də bu fəaliyyəti uğursuzluqla sonuclanıb.

"NewYorkTimes" qəzetinin yazdığına görə, bu gizli hesab Trampın beynəlxalq hotellərinin nəzarətçisi tərəfindən idarə olunur. Bu şəxs Çində 2013-2015-ci illərdə 188,561 dollar vergi ödəyib.

İndependent-in yazdığına görə, bank hesabının vergi tarixçəsindən Trampın Çində hansı həcmdə ticari əməliyyatlar həyata keçirdiyi tam dəqiqliyi ilə aydın olmur.

ABŞ-da vergi ödəyicisinə xarici gəlirini elan etmək icbaridir. Amma Trampın Beynəlxalq Hotellər şəbəkəsi son bir neçə ildə yalnız bir neçə min dollar gəlir əldə etdiyini elan edib.

ABŞ-da prezident seçkilərinə sayılı günlər qaldığı zaman Trampın, rəqibi Co Baydeni Çinlə əlaqələrdə ittiham etməsindən sonra bu gün onun özünün Çində bank hesabının ifşa olunması ABŞ prezidentinin nüfuzuna daha bir ciddi zərbə olub!


Story Code: 893310

News Link :
https://www.islamtimes.org/az/news/893310/trampın-çində-gizli-bank-hesabı-olduğu-ifşa-oldu

Islam Times
  https://www.islamtimes.org