0
Wednesday 21 October 2020 - 18:58

Çomski: General Süleymaninin terroru ABŞ-dakı ekstremist düşüncəni əks etdirir

Story Code : 893313
Çomski: General Süleymaninin terroru ABŞ-dakı ekstremist düşüncəni əks etdirir
Noam Çomski deyib: "Trampın İranla bağlı qəbul etdiyi qərarlar, ilk növbədə HBFP (CJAP) razılaşması sənədini yırtaraq bu razılaşmadan birtərəfli şəkildə çıxması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması idi. Bu razılaşma BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmişdi. Tramp isə dedi ki, mən başqa bir prezident tərəfindən əldə edilən bu razılaşmanı istəmirəm. Şübhəsiz ki, Trampın bu qərarı İranla ABŞ arasındakı gərginliyi artırdı.

Trampın növbəti şok addımı ABŞ-da bəzi dövlət adamları tərəfindən müsbət bir addım kimi qarşılanan General Qasim Süleymaninin terror edilmsəi idi. Bu, çox təhlükəli bir hərəkət idi. Belə bir terror II Dünya Müharibəsi və ya hətta Soyuq Müharibə zamanı belə baş verməmişdi. ABŞ-ın General Süleymanini bir neçə yoldaşı ilə Bağdad Hava Limanında terror etməsi İranın Mayk Pompeonu Meksika Beynəlxalq Hava Limanında onu müşayiət edən yüksəkrütbəli generallardan biri ilə terror etməsinə bərabər idi. Bu çox ciddi məsələ idi. Amma burada (Amerikada) bir çox dövlət rəsmiləri, bu terroru müsbət qarşıladı. Həqiqətən bu şokedicidir! Bu terror və ona xoş münasibət ABŞ dövlətində ifratçılığın, ekstremist düşüncənin nə həddə olduğunun göstəricisidir! Artıq ABŞ dünyada beynəlxalq öhdəliklərinə biganə, yağı bir ölkə kimi tanınır."
Source : IslamTimes