QR CodeQR Code

Paşinyan: Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolu yoxdur!

IslamTimes , 21 Oct 2020 19:19

İslamTimes: İşğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan sosial mediada yazıb ki, Dağlıq Qarabağ münaqişəsinin bu mərhələdə diplomatik həll yolu mövcud deyil


Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"dakı hesabında Dağlıq Qarabağ münaqişəsinə dair hər hansı bir diplomatik həll yolunun olduğunu inkar edib.

O yazıb: "Erməni xalqı yalnız silah gücü ilə Dağlıq Qarabağ probleminə bir həll yolu tapa bilər. Azərbaycan Respublikası, bizim Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı mənafelərə riayət edilməklə həll edilməsi təklifimizi rədd edir və yalnız Dağlıq Qarabağın "təslim" edilməsini həll yolu olaraq qəbul edir..."

İşğalçı Ermənistanın Baş naziri 1990-cı illərin əvvəllərindən bəri ölkəsinin Qarabağla bağlı mövqeyinin dəyişmədiyini və Ermənistanın Dağlıq Qarabağ olmadan məna kəsb etmədiyini bildirib.

Bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində son nəfəslərini verən Ermənistanın baş naziri əlavə edib: "Bu müharibəni sona qədər davam etdirəcəyik, hər halda millətimizin mənafeyi və hüquqlarını qorumağa çalışırıq..."

Paşinyan iddia edib ki, Azərbaycanın 1.5 milyard dollar dəyərində hərbi texnikası sıradan çıxıb və guya 10.000 əsgərimiz şəhid olub.

Görünür Paşinyan gündə 1000 nəfərədək hərbçisi məhv edilən, döyüş texnikasını meydanda qoyub qaçan Ermənistan ordusuna bu yalanlarla ruhiyyə verməyə çalışır.


Story Code: 893314

News Link :
https://www.islamtimes.org/az/news/893314/paşinyan-dağlıq-qarabağ-münaqişəsinin-diplomatik-həll-yolu-yoxdur

Islam Times
  https://www.islamtimes.org