QR CodeQR Code

ABŞ bu ölkəyə iki ədəd F-16 bağışlayır

22 Oct 2020 07:17

İslamTimes: ABŞ Hərbi Hava Qüvvələri Bolqarıstana iki ədəd F-16 qırıcı-bombardmançı təyyarə bağışlamaq niyyətindədir.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Sofiyadakı səfirliyindən məlumat yayılıb.

“Səfirlik ABŞ Hərbi Hava Qüvvələrinin istismardan çıxarılan iki F-16 təyyarəsini Konqresinin təsdiqini aldıqdan sonra Bolqarıstana təhvil vermək niyyətində olduğunu məmnuniyyətlə elan edir”, - məlumatda bildirilib.

Təyyarələrin Bolqarıstanın “Lockheed Martin” şirkətindən səkkiz ədəd “F-16 Block 70” təyyarəsi alması ilə əlaqədar olaraq bağışlanacağı qeyd edilib.


Story Code: 893392

News Link :
https://www.islamtimes.org/az/news/893392/abş-bu-ölkəyə-iki-ədəd-f-16-bağışlayır

Islam Times
  https://www.islamtimes.org