QR CodeQR Code

Obama: "Yeniyetmə olanda prezident Trampdan daha çox vergi ödəmişəm"

22 Oct 2020 09:27

İslamTimes: 44-cü ABŞ prezidenti Barak Obama hazırkı prezident Donald Trampı tənqid edib.


APA “TASS”-a istinadən xəbər verir ki, o, Trampı vergidən yayınmaqda günahlandırıb.
Keçmiş prezidentin sözlərinə görə, “Baskin Robbins” kafesində işlədiyi yeniyetməlik dövründə Trampın prezident fəaliyyətinin ilk ilində ödədiyindən daha çox vergi ödəyib.

“İlk iş yerim “Baskin Robbins” idi. O zaman 15 yaşım var idi. Düşünürəm ki, insanlara dondurma satmaqla ondan (Trampdan) daha çox vergi ödəmişəm. Ümumiyyətlə, bu, necə ola bilər?” – deyə Obama Pensilvaniya ştatında prezidentliyə namizəd Co Baydenə dəstək üçün təşkil edilmiş tədbirdə bildirib.

 


Story Code: 893396

News Link :
https://www.islamtimes.org/az/news/893396/obama-yeniyetmə-olanda-prezident-trampdan-daha-çox-vergi-ödəmişəm

Islam Times
  https://www.islamtimes.org