QR CodeQR Code

Düşmən Qəbələ, Siyəzən və Kürdəmirə ballistik raketlər atdı - Video

22 Oct 2020 10:51

İslamTimes: Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.


Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.


Story Code: 893417

News Link :
https://www.islamtimes.org/az/news/893417/düşmən-qəbələ-siyəzən-və-kürdəmirə-ballistik-raketlər-atdı-video

Islam Times
  https://www.islamtimes.org