QR CodeQR Code

Qətərdən işğalçı İsrailə xəbərdarlıq!

IslamTimes , 22 Oct 2020 14:08

İslamTimes: Qətər dövləti sionistlərdən Fələstin torpaqlarında tikinti işlərini təcili dayandırmasını tələb etdi


Qətər dövlətinin Nazirlər Kabineti baş nazir Xalid bin Xəlifə Əbdül-Əziz Ali-Saninin rəhbərliyi ilə təşkil edilən toplantıda işğalçı İsrail rejiminin Qərb Sahilində minlərlə yeni mənzil inşa etməsi fəaliyətləri sərt şəkildə tənqid edilib.

Nazirlər Kabinetinin bəyanatında rəsmi Dohanın İsrailin Fələstin torpaqlarında yaşayış binaları tikməsini məhkum etdiyi və bu addımın BMT-nin qətnamələrinə zidd olduğu vurğulanıb. Sionistlərin bu qanunsuz fəaliyyəti xüsusi ilə BMT Təhlükəsizlik Şurasının 2016-cı il 23 dekabr tarixində qəbul etdiyi 2334 nömrəli qətnaməsinin tapdanması deməkdir.

Qatar dövləti Beynəlxalq İctimaiyyəti bu qanunsuz tikinti işlərinə mane olmağa çağırıb və bildirib ki, işğalçı İsrailin bu fəaliyyəti məntəqədə sülhün bərqərar edilməsi üçün ən böyük maneədir.


Story Code: 893443

News Link :
https://www.islamtimes.org/az/news/893443/qətərdən-işğalçı-israilə-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org