QR CodeQR Code

ABŞ Tayvandan yem kimi istifadə etməyə çalışır?

IslamTimes , 22 Oct 2020 16:01

İslamTimes: Tayvanın müdafiə naziri bu gün ABŞ-dan hərbi təchizat alınmasını təsdiqləyərək bu tədbirlərin Pekinlə rəqabət üçün olmadığını söyləyib


"Reuters" informasiya agentliyinin verdiyi xəbərə görə, Tayvanın müdafiə naziri cümə axşamı günü bildirib  ki, Tayvan Çinlə silah yarışına girmək niyyətində deyil. Tayvanın ehtiyac duyduğu səviyyədə müdafiə hazırlığını qorumaq üçün bəzi silahlarla ehtiyacı var.

Yen Di Fa ABŞ-ın Tayvana 1.8 milyard dollarlıq silah satışını təsdiqləməsindən sonra belə bir bəyanatla çıxış edib.

Pekin, Tayvanla qeyri-rəsmi bir sərhəd kimi tanınan zolaq üzərində döyüş təyyarələri ilə uçuşlar həyata keçirərək Tayvanın Çin rəhbərliyini qəbul etməsi üçün təzyiqləri artırıb.

ABŞ-ın Tayvanla son silah müqaviləsinə sensorlar, raketlər və artilleriya qurğuları daxildir.

Qeyd edək ki, ABŞ tez-tez Tayvanla Çin arasında mübahisəyə səbəb olacaq bəyanatlarla çıxış edərək iki ölkə arasında gərginliyi artırmağa can atır.


Story Code: 893458

News Link :
https://www.islamtimes.org/az/news/893458/abş-tayvandan-yem-kimi-istifadə-etməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org