QR CodeQR Code

Avropada etiraz dalğası güclənir

4 Aug 2011 11:35

IslamTimes - Qəzəbli İspaniya xalqı artıq iki gündür ki, Madrid küçələrində etiraz aksiyalarını bərpa edibdir.


"IslamTimes"-ın verdiyi məlumata əsasən, Ərəb inqilablarından sonra Avropaya sirayət etmiş etiraz dalğaları daha da şiddətlənir. İngiltərə, Yunanıstan, İspaniya və bir neçə digər ölkələrdə xalq hakim rejim əleyhinə aksiyalar keçirir.

15 may tarixindən İspaniyada rejim əleyhinə baş qaldırmış etiraz dalğasının mərkəzi Madridin "Sol" meydanı idi. Billdiyimiz kimi, etirazçılar iki gün öncə bu meydanı tərk etmişdi. Amma Sol meydanında yenidən toplaşmanın qarşısını almaq üçün dövlətin müəyyən planlar həyata keçirdiyini görən İspaniya xalqı qəzəblənərək yenidən küçələrə axışıb. Artıq iki gündür ki, minlərlə etirazçı Madrid küçələrində etiraz aksiyalarını bərpa edibdir.

Sol meydanına çıxan bütün yollara polis barrikadasının qurulması nümayişçilərin bu meydana daxil olmasını əngəlləyibdir. Polis hətta jurnalistlərin belə bu meydan ətrafında hərəkətinə icazə vermir.

Əldə olunan məlumatlara əsasən, getdikcə polislə etirazçılar arasında gərginlik artır. Polis artıq turistləri ilə məşhur olan Preciados prospektini də qapadıbdır.

Artıq Madriddən başqa Barselona və Valensiya şəhərlərində də etirazçı qruplar küçələrə axışmağa başlayıb.


Story Code: 89359

News Link :
https://www.islamtimes.org/az/news/89359/avropada-etiraz-dalğası-güclənir

Islam Times
  https://www.islamtimes.org