0
Saturday 24 October 2020 - 07:26

Sudan da işğalçı İsraillə münasibətlərin normallaşdırılmasına razılıq verib

Story Code : 893725
Sudan da işğalçı İsraillə münasibətlərin normallaşdırılmasına razılıq verib
APA xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Cad Dir “Twitter”də səhifəsində yazıb.

Onun sözlərinə görə, prezident Donald Tramp belə bir açıqlama verib və Sudanla işğalçı İsrailin qərarının “İbrahim Anlaşmaları”na qatılan yeni ölkə kimi Yaxın Şərqdə "sülh"ün bərqərar olmasına yönəlmiş mühüm addım olduğunu vurğulayıb.

Qeyd edək ki, məntəqədə sülh ardınca olduğunu iddia edən İsrail, BMT-nin qətnamələrinə məhəl qoymadan hələ də işğal etdiyi Fələstin torpaqlarında yaşayış massivlərinin tikintisinə davam edir!