QR CodeQR Code

Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ problemindən danışıb

24 Oct 2020 10:29

İslamTimes: Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşü baş tutub.


XİN-in Mətbuat Xidməti idarəsindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son durumu, cəbhədəki vəziyyət, Ermənistan tərəfindən humanitar atəşkəs rejiminin pozulması, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq danışıqları məhv etdiyini, nəinki işğal altında olan Azərbaycan torpaqlarından, habelə Ermənistan ərazisindən münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın şəhərlərinə raket zərbələri endirdiyini və üçüncü tərəfləri münqişəyə cəlb etməyə çalışdığını vurğulayıb.

Spiker Nensi Pelosi regionda tezliklə döyüş əməliyyatlarının dayandırılmasına və humanitar atəşkəs rejiminin bərpa edilməsinə ümid etdiyini bildirib. Spiker, həmçinin münaqişəyə digər dövlətlərin müdaxilə etməməsinin və münaqişənin daha geniş vüsət almamasının vacibliyini qeyd edib və danışıqların tezliklə bərpa edilərək ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdiriləcəyinə inamını ifadə edib.

Görüşdə, həmçinin ikitərəfli münasibətlərin inkişaf dinamikası və narahatlıq doğuran digər məqamlar ətrafında fikir mübadiləsi aparılıb.


Story Code: 893728

News Link :
https://www.islamtimes.org/az/news/893728/ceyhun-bayramov-nensi-pelosi-ilə-qarabağ-problemindən-danışıb

Islam Times
  https://www.islamtimes.org