QR CodeQR Code

Trampın yeni fantaziyası: İran İsraillə barışacaq!

IslamTimes , 24 Oct 2020 10:33

İslamTimes: 4 il boyunca ABŞ-ın dünya ölkələri ilə əlaqələrini ən pis səviyyəyə çatdıran Tramp İran üzərindən xal toplamağa çalışır


Seçki öncəsi keçirilən sorğulara görə rəqibi Co Baydendən 15 faiz daha az səs toplayan Donald Tramp tez-tez yenidən prezident seçilərsə ilk olaraq İranın ona zəng vuracağını söyləyir. Son bir ayda bu iddia bir neçə dəfə təkrarlanıb. Bildirilir ki, Trampın bu iddia ilə çıxış etməsinə səbəb budur ki, o İranla HBFP razılaşmasından çıxmasının yanlış qərar olmadığını göstərmək istəyir.

İranla 5+1 ölkələri arasında imzalanan sənədin Donald Tramp tərəfindən yırtılması və ABŞ-ın özünün iştirakı ilə imzalanan bu sazişdən birtərəfli şəkildə çıxması BMT, Avropa Birliyi və Beynəlxalq Təşkilatlar tərəfindən sərt şəkildə tənqid edilib. Tramp dövlətinin bu qərarı ABŞ-ın beynəlxalq öhdəliklərinə zərrə qədər əhəmiyyət verməməsi kimi qəbul edilir. Bu gün ABŞ daxilində belə Trampın bu addımın ciddi qanun pozuntusu olduğu bildirilir. Tramp isə yenidən prezident seçilərsə İranın 30 gün içində ABŞ-la "daha yaxşı" razılaşma imzalayacağını iddia edərək özünü haqlı göstərməyə çalışır.

Bütün bu iddialardan sonra Tramp ötən gün İranın işğalçı İsrail rejimi ilə də yaxınlaşacağı barədə fantaziyalarını açıqlayıb. O deyib: “Düzünü desəm, İran İsraillə rabitələrin normallaşması prosesinə qoşula bilər. İrana kömək edib, onları doğru yola yönəltmək istəyirəm..."


Story Code: 893734

News Link :
https://www.islamtimes.org/az/news/893734/trampın-yeni-fantaziyası-iran-israillə-barışacaq

Islam Times
  https://www.islamtimes.org