QR CodeQR Code

"İran Ermənistanın təxribat törədəcəyinə görə narahat idi"

24 Oct 2020 10:57

İslamTimes: Gürcü əsilli ukraynalı politoloq, "Şərhlər" jurnalının redaktoru Vladimir Sxvedianinin Axar.az-a müsahibəsi:


- Bu günlərdə Azərbaycan Prezidenti Zəngilan rayonunda və eyniadlı şəhərində bir sıra yaşayış məntəqələrinin azad edildiyini elan etdi. Bütün ekspertlər istisnasız olaraq bu strateji rayonun vacibliyini vurğulayır. Siz necə düşünürsünüz?

- Zəngilan rayonu Azərbaycan-İran sərhədinin "bağlayıcısıdır". İran xeyli rahatladı. Çünki rəsmi Tehran həqiqətən də ermənilərin onun ərazisinə keçib oradan Azərbaycan Ordusuna atəş açacağından və İranı müharibəyə cəlb etmə cəhdindən ehtiyat edirdi.

- Rusiyalı mütəxəssislər də daxil olmaqla, ekspertlər İrəvanın silahları yerə qoyub danışıqlar masası arxasına əyləşməkdən başqa yolu olmadığını deyir. Amma Paşinyan buna cavab olaraq total müharibəyə çağırır. Hətta qadınlarından, cinsi azlıqlar və I Qarabağ müharibəsinin veteranlarından ibarət hərbi birliklər də formalaşdırır. Bu tərs “əzmkarlıq” nə ilə bağlıdır?

- Paşinyan uduzdu. O, bunu istəsə də, istəməsə də artıq uduzub. Lakin o, tarixdə "hər kəsin Ermənistana xəyanət etdiyi" şəraitdə "sona qədər vuruşan" kimi qalmaq istəyir. Hətta bunun üçün daha yüz min il yaşamaq lazım olsa, o, geri çəkilməyəcək.


Story Code: 893739

News Link :
https://www.islamtimes.org/az/news/893739/iran-ermənistanın-təxribat-törədəcəyinə-görə-narahat-idi

Islam Times
  https://www.islamtimes.org