QR CodeQR Code

İsveç parlamentinin binası qarşısında Qurana qarşı həqarət edilib

24 Oct 2020 12:49

İslamTimes: 23 oktyabrda bir neçə isveçli ekstremist, müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə qarşı həqarət edərək Stokholmda ölkə parlamenti qarşısında kitabı yandırıb.


Daha sonra müsəlmanlar tərəfindən video yayımlanaraq, müsəlmanları Qurani-Kərim və İslamı müdafiə etməyə çağırış edilib.

İsveç bayrağını boynuna asmış bir gənc, dostlarının və yoldaşlarının ətrafında Qurani-Kərimin cildinə od vurub. Videoda görünür ki, hökumət binalarını qorumaq üçün daimi bu yerdə olan İsveç polisi, müsəlmanların müqəddəs kitabına qarşı edilən bu həqarətinin qarşısını almaq üçün heç bir addım atmır. Ekstremist immiqrantlara qarşı “Stram Kurs” qrupu da keçən ay, Stokholmun müsəlman məhəllələrinin birində Qurani-Kərimin nüsxələrini yandırmaqla müqəddəs kitaba qarşı həqarət etmişdi.


Story Code: 893764

News Link :
https://www.islamtimes.org/az/news/893764/isveç-parlamentinin-binası-qarşısında-qurana-qarşı-həqarət-edilib

Islam Times
  https://www.islamtimes.org