0
Saturday 24 October 2020 - 13:30

Türkiyənin addımı ABŞ-ı qorxuya saldı: “Əlaqələri risk qarşısında...”

Story Code : 893768
Türkiyənin addımı ABŞ-ı qorxuya saldı: “Əlaqələri risk qarşısında...”
Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Conatan Hoffman Türkiyənin “S-400” sistemlərini sınaqdan keçirməsindən narahatlığını dilə gətirib.

“Pentaqon Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqlədiyi kimi, Türkiyənin oktyabrın 16-da “S-400” hava müdafiə sistemlərinin sınaqlarını ciddi şəkildə qınayır. Mövqeyimizi tərəddüd etmədən açıqladıq, “S-400” sistemləri Türkiyənin NATO və ABŞ-la müttəfiqlik prinsipləri ilə üst-üstə düşmür”, - Pentaqon rəsmisi bildirib.

Türkiyənin Rusiyadan bu sistemləri almasına etiraz etdiklərini bildirən Hoffman vurğulayıb: “Münasibətlərimiz üçün ciddi problemlər yaratmaq riski daşıyan bu sınaqlara etiraz edirik”.

Hoffman Türkiyənin “S-400” satın alması səbəbindən “F-35” proqramından çıxarıldığını xatırladıb: “S-400”-lər digər sahələrdəki əməkdaşlığımıza da əngəl olur”.