QR CodeQR Code

HƏMAS Sudanı xəyanət etməkdə ittiham etdi

24 Oct 2020 13:50

İslamTimes: Fələstinin HƏMAS hərəkatı Sudanın işğalçı İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmaq razılaşmasına münasibət bildirib.


Verilən bəyanatda vurğulanır ki, Sudan Fələstin mübarizəsinə dəstək verən dövlət olduğu üçün bu gün atılan addım utandırıcıdır.

"Biz Sudan xalqının mövqeyini əks etdirməyən bu qərarı qınayırıq və nifrətlə etiraz edirik. İşğalçı İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmaq razılaşması Fələstin xalqına xəyanətdir", - deyə bəyanatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, Sudanda hakimiyyətə gəlmiş hərbi xunta rejimi bu cür yollarla öz xalqının nifrətini daha da qazanır. /Eastnews/

 


Story Code: 893769

News Link :
https://www.islamtimes.org/az/news/893769/həmas-sudanı-xəyanət-etməkdə-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org