0
Saturday 24 October 2020 - 15:06

Amerika nəşriyyəsi: İran məntəqədə sülhün əsas təminatçısıdır!

Story Code : 893853
Amerika nəşriyyəsi: İran məntəqədə sülhün əsas təminatçısıdır!
Amerikanın "National Interest" nəşriyyəsi İran İslam Respublikasının məntəqədəki anti-terror fəaliyyətlərindən və sülhün bərqərar olunmasında əhəmiyyətli rolundan yazaraq, ABŞ dövlətinin İranla bağlı mövqeyində dəyişikliyə ehtiyac olduğundan söz açıb.

Nəşriyyə yazıb:

"Vaşinqton anlamalıdır ki, İran Milli Təhlükəsizlik məsələləri ilə bağlı bəzən fərqli davranışlar sərgiləyir...

ABŞ bunu qəbul etməlidir ki, İran İŞİD terrorçuları ilə mübarizədə əsas oyunçu olub. Hətta İraqda İranın dəstəklədiyi Həşd əl-Şəbi qüvvələri hər kəsdən daha aktiv mübarizə ilə İŞİD-in İraqda məhv edilməsinə kömək etdi. Bu danılmaz faktdır..."


Nəşriyyə Donald Trampın ABŞ prezidenti seçildikdən sonra İranla ABŞ arasındakı münasibətlərin ən qaranlıq nöqtəyə gəldiyinə işarə edərək, sabiq dövlətlərin İranla bağlı mövqeyindən nümunə götürülməsini istəyib. Xüsusi ilə Barak Obamanın prezidentliyi dönəmində ABŞ və İranın İŞİD-ə qarşı bəzi məqamlarda həmkarlığı, nüvə müzakirələrində imzalanan razılaşma sənədi Obama dövlətinin nailiyyəti kimi təqdim edilib.
Source : IslamTimes