0
Saturday 24 October 2020 - 20:11

Yəmənin PUA-ları Səudiyyə Ərəbistanının hava limanlarına hücum etdi

Story Code : 893857
Yəmənin PUA-ları Səudiyyə Ərəbistanının hava limanlarına hücum etdi
Yəmən Silahlı Qüvvələrinin sözçüsü general Yəhya Səri bu gün Twitter hesabında yazıb: "Allahın lütfü ilə Pilotsuz Uçan Aparatlarımızdan istifadə edərək Səudiyyə Ərəbistanı ərazisində üç hücum gerçəkləşdirdik."

O əlavə edib: "Əməliyyat zamanı Cizan və Əbha hava limanları və Xəmis Muşait hava bazası Yəmənin intihari pilotsuz təyyarələri tərəfindən hədəf alındı."

General Yəhya Səri bildirib ki, Yəmən ordusunun bu hücumu Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Yəmən əleyhinə cinayətlərə cavabdır. Bu gün Yəmən xalqının mühasirəsi hələ də davam edir və Səudiyyə rəhbərliyi ilə koalisiya qüvvələri Yəmən xalqının başına bomba yağdırır!

Təcavüzkar koalisiya qüvvələri son bir həftə ərzində Yəməndəki müxtəlif bölgələrə hücum edərək 20-dən çox mülki yəmənlini qətlə yetirib.
Source : IslamTimes