0
Sunday 25 October 2020 - 16:49

Sudan: ABŞ bizə maliyyə yardımı vəd edib

Story Code : 893960
Sudan: ABŞ bizə maliyyə yardımı vəd edib
Sudan Xarici İşlər Nazirliyi bu gün bəyanat yayaraq bildirib ki, Sudan Sionist rejimlə əlaqələrin normallaşdırılmasını qəbul etməklə ölkədə iqtisadi durumu yaxşılaşdırmağı hədəfləyib.

"Əl-Ərəbiyyə"nin verdiyi məlumata görə, Sudan Xarici İşlər Nazirliyi bildirib ki, Sudan və işğalçı İsrail rejimi "bölgədə sülhə dəstək" adı ilə başladılan Tel-Əvivlə əlaqələrin normallaşdırılması məsələsində razılığa gəlib və Sudan daim sülh, azadlıq və ədalət tərəfdarı olub.

Açıqlamada həmçinin əlavə edilib ki, ABŞ müxtəlif şirkətlərin köməyi ilə Sudanın borclarını azaltmaq üçün addımlar atacaq və Tel-Əviv Sudana qida təhlükəsizliyi məsələsində kömək edəcək.

İsrail Təhülkəsizlik Naziri Eli Kohen də Sudan nümayəndə heyətinin tələsik bir səfər çərçivəsində Tel-Əvivə gəldiyini bildirib. O deyib ki, bir müddət sonra özünün şəxsən rəhbərlik edəcəyi nümayəndə heyəti Sudana yollanacaq.
Source : IslamTimes