QR CodeQR Code

ABŞ Çini "vurmaq" üçün Hindistandan istifadə etmək istəyir

IslamTimes , 25 Oct 2020 18:18

İslamTimes: Son illərdə Çinin super güc olaraq sürətli inkişafına görə narahat olan ABŞ bu ölkənin qarşısını almaq üçün Hindistanla həmkarlıq etmək istəyir


Sputnik-in verdiyi məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo və ABŞ müdafiə naziri Mark Esper Hindistana səfər edərək bu ölkə rəsmiləri ilə danışıqlar aparacaq. Bu görüşün əsas hədəfi Çin hakimiyyətinin fəaliyyətlərini önləmək üçün həmkarlıqdır.

Bildirilir ki, Pompeo və Mark Esper bu həftə hindistanlı həmkarları ilə bir araya gələcək və Çinin fəaliyyətlərinə qarşı strateji bir yol xəritəsi hazırlanmasına çalışılacaq. ABŞ Dövlət katibinin Hindistanın Baş naziri ilə çərşənbə axşamı günü görüşməsi planlaşdırılır. Bu görüşdə Çinlə bağlı məsələlərdən əlavə olaraq ABŞ ilə Hindistan arasındakı ikitərəfli ticarət və ortaq əməkdaşlıq da müzakirə olunacaq.

Pompeo həftənin il günlərində jurnalistlərlə müsahibə zamanı bildirmişdi ki, o Çinin fəaliyyətlərinin qarşısını almaq üçün Hindistanla ABŞ arasında əməkdaşlıq başlayacağına inanır.


Story Code: 893972

News Link :
https://www.islamtimes.org/az/news/893972/abş-çini-vurmaq-üçün-hindistandan-istifadə-etmək-istəyir

Islam Times
  https://www.islamtimes.org