Hizbullah hərəkatı Fransada İslam peyğəmbərinin təhqirinə münasibət bildirdi
Story Code : 894010
Əl-Minar informasiya agentliyinin verdiyi xəbərə görə, Hizbullahın bəyanatında deyilir: "Fransada nəşr edilən bu təhqiramiz "karikatura" bir milyarddan çox müsəlmanın təhrik olunmasına səbəb oldu."
Bəyanatda Hizbullah Həzrət Peyğəmbərə (s) qarşı edilən bu təhqiri qətiyyətlə pisləyib və Fransa hökumətinin bu islamafobiyanı dəstəkləməsini qınayıb. Hizbullah bu təhqirin "təhlükəli" bir addım olduğuna işarə ilə deyib: "İfadə və fikir azadlığı adı altında Allah Rəsuluna qarşı belə təhqiramiz addımlar atıla bilməz!"
Hizbullah hərəkatı, daha sonra Fransa rəsmilərindən ağıllı qərar qəbul etməyi və dinlərə hörmət edərək gərginliyin qarşısını almağı istəyib.
Qeyd edək Məhəmməd Peyğəmbərin (s) təhqir edilməsini ifadə azadlığı kimi qəbul edən Fransa prezidenti nədənsə Türkiyə prezidentinin onun haqqında tənqidlərinə bu baxışla yanaşı bilmir!