QR CodeQR Code

Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib

26 Oct 2020 09:30

İslamTimes: Venesuela alimləri koronavirus infeksiyasına qarşı mübarizədə dərman preparatı hazırlayıblar.


APA “TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə ölkə prezidenti Nikolas Maduro çıxış edib.

“Tədqiqat altı ay davam etdi və nəticələr sağlam molekullara toksik təsir göstərmədən COVID-19 virusunun 100% məhv edildiyini göstərir”, - Maduro belə deyib.

Onun sözlərinə görə, yaxın günlərdə ölkə Venesuela Elmi Tədqiqatlar İnstitutu tərəfindən aparılan işlərin nəticələrini Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edəcək: “ÜST tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu molekulun kütləvi istehsalı üçün beynəlxalq birliklər axtarmağa başlayacağıq”.


Story Code: 894057

News Link :
https://www.islamtimes.org/az/news/894057/maduro-venesuela-alimləri-tərəfindən-koronavirusa-qarşı-preparat-hazırlandığını-bildirib

Islam Times
  https://www.islamtimes.org