QR CodeQR Code

Yəmən ordusunun hücumu nəticəsində 3 nəfər həlak olub

4 Aug 2011 16:17

IslamTimes - Yəmən ordusunun Erhab məntəqəsini bombalaması nəticəsində ən azı 3 dinc sakin qətlə yetirilib, onlarla insan isə yaralanıb


"IslamTimes"-ın "PressTV"-yə istinadən verdiyi məlumata əsasən, Əli Abdullah Salehə bağlı qüvvələr Səna şəhərinin şimalında yerləşən Erhab məntəqəsinə hücum edib. Bu hücum nəticəsində ən azı 3 dinc sakin qətlə yetirilib.

Yəmən ordusunun Erhab məntəqəsini bombalaması nəticəsində həmçinin onlarla dinc sakinin yaralandığı da məlumat verilir.

Xatırladaq ki, Erhab məntəqəsi son həftələrdə rejim muzdurları ilə mübariz xalq arasında ölümcül mübarizə meydanına çevrilibdir.

Yəmən xalqı Əli Abdullah Saleh və ölkədəki digər vəzifəli dikatorların istefasını tələb etsə də, dövlət xalqın istəklərinə göz yumaraq, öz vəhşiliklərini davam etdirir.


Story Code: 89406

News Link :
https://www.islamtimes.org/az/news/89406/yəmən-ordusunun-hücumu-nəticəsində-3-nəfər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org