QR CodeQR Code

"Tətbiq ediləcək sanksiya qalmayıbsa, nə üçün diplomatiya yoluna baş vurmursunuz?

IslamTimes , 26 Oct 2020 13:26

İslamTimes: Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov Ağ Evin milli təhlükəsizlik müşavirinin İran və Rusiyaya artıq tətbiq edilə biləcək sanksiya qalmadığı ilə bağlı açıqlamasına münasibət bildirib.


Rusiyalı rəsmi Twitter hesabında yazıb: "Əgər artıq sanksiya tətbiq etmək üçün bir sahə qalmayıbsa, daha səmərəli bir şey düşünməyin vaxtı gəldiyini düşünmürsünüz?"

Ulyanov yazıb: "ABŞ diplomatiya yoluna üstünlük verməlidir. Hərçənd bunun üçün çox gecdir. Amma bu yoldan heç zaman istifadə etməməkdənsə gec də olsa istifadə etmək daha yaxşıdır!"

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik müşaviri Robert Obrayan ABŞ-ın İran və Rusiyaya qarşı bu günə qədər ağır sanksiyalar tətbiq etdiyini və Vaşinqtonun iki ölkəyə qarşı yeni sanksiyalar tətbiq etmək üçün daha az seçimi olduğunu bildirib. O bu haqda deyib: “Qarşılaşdığımız problemlərdən biri onsuz da Tehran və Moskvaya qarşı çox sayda sanksiya tətbiq etməyimizdir və bu səbəbdən bizim çox az fürsətlərimiz var (yeni sanksiyalar tətbiq etmək üçün) demək olar ki, bir sahə qalmayıb..."


Story Code: 894110

News Link :
https://www.islamtimes.org/az/news/894110/tətbiq-ediləcək-sanksiya-qalmayıbsa-nə-üçün-diplomatiya-yoluna-baş-vurmursunuz

Islam Times
  https://www.islamtimes.org