0
Monday 26 October 2020 - 17:52

İslam Peyğəmbərinə qarşı təhqir Fransaya baha başa gəldi!

Story Code : 894125
İslam Peyğəmbərinə qarşı təhqir Fransaya baha başa gəldi!
Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Fransa Prezidenti Emmanuel Makronun İslam Peyğəmbərinə (s) qarşı təhqiramiz karikaturalara mane olmayacağını söyləməsindən sonra bir sıra ərəb ölkələri Fransa istehsalı malları boykot ediblər.

Qətər dövlətində əksər ticarət mərkəzlərində artıq Fransız mallarının boykotu başlayıb.

Bu ölkədə "Fransız pendirləri" ticarət mərkəzlərindən çıxarılıb və yerli məhsullarla əvəz edilib. Hətta Qətərdəki "Le Train Bleu" Fransız restoranı da Fransa istehsalı olan məhsullardan imtina edib.

Küveytdə də ticarət mərkəzlərindən fransız mallar yığışdırılır.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da xalqa müraciət edərək deyib: "Onlar bizi boykot etdiyi kimi mən də Türkiyə xalqından istəyirəm ki, Fransa istehsalı məhsullardan imtina etsinlər!"

Elə görünür ki, Makronun ifadə azadlığı bəhanəsi ilə İslam peyğəmbərinin (s) təhqir olunmasına zəminə yaratması Fransaya baha başa gələcək!


.

.

.
 
Source : IslamTimes