QR CodeQR Code

ABŞ-da Tramp tərfdarları ilə müxalifləri arasında şiddətli qarşıdurma!

IslamTimes , 26 Oct 2020 18:37

İslamTimes: ABŞ prezidentinin tərəfdarları və ona müxalif olan əhali Nyu-York və Miçiqan küçələrində baş-başa gəlib.


Ruptly informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ-da prezident seçkilərinə sayılı günlər qaldığı bir dönəmdə Nyu-York və Miçiqanda Donald Trampı dəstəkləyən və ona müxalif olan qruplar arasında qarşıdurma yaşanıb.

Nyu-York mərkəzində Tramp tərəfdarları ilə müxaliflərinin üz-üzə gəlməsindən sonra onlar bir-birləri əleyhinə şüarlar səsləndirdikdən sonra yumruq və təpik zərbələri ilə bir-birlərini əzişdiriblər.

Trampa qarşı olan qrup onu dəstəkləyən qrupun konvoyun müxtəlif əşyalar ataraq "Tramp Nyu-York sənə nifrət edir" deyiblər.

Məlumata görə, qarşıdurmada bir çox etirazçı polis tərəfindən nəzarətə alınıb.

ABŞ-da seçkilərin son turu 3 noyabrda keçiriləcək.


 


Story Code: 894131

News Link :
https://www.islamtimes.org/az/news/894131/abş-da-tramp-tərfdarları-ilə-müxalifləri-arasında-şiddətli-qarşıdurma

Islam Times
  https://www.islamtimes.org