0
Wednesday 28 October 2020 - 08:59

ABŞ-da 69 milyondan çox insan prezident seçkilərində erkən olaraq səs verib

Story Code : 894471
ABŞ-da 69 milyondan çox insan prezident seçkilərində erkən olaraq səs verib
APA xəbər verir ki, bu barədə məlumat Florida Dövlət Universitetinin professoru Maykl MakDonald tərəfindən yaradılan “United States Elections Project” portalında dərc olunub.

Hesablamalara görə, 46 milyondan çox seçici poçtla, 23 milyondan çoxu şəxsən səs verib.

ABŞ-da 3 noyabr tarixində keçiriləcək ümumi seçkilərdə prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasının 435 üzvü, 13 ştat və ərazi qubernatoru və yerli hökumət rəsmiləri seçiləcək.