0
Wednesday 28 October 2020 - 08:39

Tramp daha doqquz ərəb dövlətinin işğalçı İsraillə əlaqələri rəsmiləşdirəcəyini bildirib

Story Code : 894485
Tramp daha doqquz ərəb dövlətinin işğalçı İsraillə əlaqələri rəsmiləşdirəcəyini bildirib
SalamNews "i24NEWS"-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dünən jurnalistlərə açıqlamasında belə bir diqanozla çıxış edib.

O iddia edib ki, daha 9 ya 10 ərəb ölkəsi işğalçı İsraillə əlaqələri quracaq.

O əlavə edib ki, seçkilərdən sonra bu tendensiya daha da sürətlənəcək.

Qeyd edək ki, Misir və İordaniya ötən əsrdə işğalçı İsraillə əlaqələrin rəsmiləşdirildiyini elan etmişdi. 26 ildən sonra BƏƏ, Bəhreyn və Sudan da sionist rejimlə əlaqələrin normallaşması və rəsmiləşməsini elan ediblər.