0
Wednesday 28 October 2020 - 21:34

Obrayn: Rusiyanın qarşısını almaq üçün hipersəsli raketlər yerləşdirməyə hazırıq

Story Code : 894624
Obrayn: Rusiyanın qarşısını almaq üçün hipersəsli raketlər yerləşdirməyə hazırıq
ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Robert Obrayn çərşənbə günü ABŞ-ın özünü təhlükələrdən sğorta etmək üçün hipersəsli raketlər istehsal etdiyini bildirib.

Robert Obrayn Hudson Universitetindəki çıxışı zamanı belə bir iddia ilə çıxış edərək bildirib ki, ABŞ-ı təhlükələrdən qoruyacaq hipersəsli raketlər hazırda istehsal mərhələsindədir.

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri bu raketlərin istehsalının Çinin də qarşısında bir müdafiə vasitəsi olacağını bildirib. O ABŞ-ın "Rusiya təhlükəsindən" qorunmaq üçün bu raketləri Avropada yerləşdirməyi planladığını bildirib.

Çıxışının davamında Obrayn bir daha Çini ABŞ-dan məlumat oğurlamaqda günahlandırıb.
Source : IslamTimes