QR CodeQR Code

Obrayn: Rusiyanın qarşısını almaq üçün hipersəsli raketlər yerləşdirməyə hazırıq

IslamTimes , 28 Oct 2020 21:34

İslamTimes: Ağ Evin Milli Təhlükəsizlik Məsələləri üzrə məsləhətçisi Rusiya və Çinə qarşı hipersəsli raketlər hazırladığını bildirib


ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Robert Obrayn çərşənbə günü ABŞ-ın özünü təhlükələrdən sğorta etmək üçün hipersəsli raketlər istehsal etdiyini bildirib.

Robert Obrayn Hudson Universitetindəki çıxışı zamanı belə bir iddia ilə çıxış edərək bildirib ki, ABŞ-ı təhlükələrdən qoruyacaq hipersəsli raketlər hazırda istehsal mərhələsindədir.

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri bu raketlərin istehsalının Çinin də qarşısında bir müdafiə vasitəsi olacağını bildirib. O ABŞ-ın "Rusiya təhlükəsindən" qorunmaq üçün bu raketləri Avropada yerləşdirməyi planladığını bildirib.

Çıxışının davamında Obrayn bir daha Çini ABŞ-dan məlumat oğurlamaqda günahlandırıb.


Story Code: 894624

News Link :
https://www.islamtimes.org/az/news/894624/obrayn-rusiyanın-qarşısını-almaq-üçün-hipersəsli-raketlər-yerləşdirməyə-hazırıq

Islam Times
  https://www.islamtimes.org