QR CodeQR Code

Livan parlamentinin sədri: Yaxın günlərdə yeni hökumət qurulacaq

IslamTimes , 28 Oct 2020 22:06

İslamTimes: Nəbih Berri Çərşənbə günü bildirib ki, əgər mövcud müsbət atmosfer sabit qalarsa, yaxın dörd-beş gündə yeni hökumət qurulacaq.


Livan parlamentinin sədri Nəbih Berri Çərşənbə günü bildirib ki, əgər mövcud müsbət atmosfer sabit qalarsa, yaxın dörd-beş gündə yeni hökumət qurulacaq.

Livan parlamentinin sədri ölkənin dəniz sərhədlərini təyin etmək üçün sionist rejimlə aparılan danışıqlara da toxunub. O bu danışıqların yalnız ölkənin hüquqlarını təmin etmək məqsədi ilə aparıldığını və sionist rejimlə münasibətlərin normallaşdırılması prosesinə aid olmadığını təkidlə bildirib. O Livanın sionist rejimlə münasibətləri heç vəchlə normallaşdırmayacağını söyləyib.

Həzrət Peyğəmbərin (s) mövlud günü münasibətilə mesajında Nəbih Berri deyib: "​​Məscidül-Əqsa Fələstinə və ərəblərə aiddir və fələstinlilərin hüquqları bərpa olunmalıdır!"

Qeyd edək ki, Livanda yeni dövlətin formalaşdırılmasının Səd Həririyə həvalə edildiyi bildirilir.


Story Code: 894632

News Link :
https://www.islamtimes.org/az/news/894632/livan-parlamentinin-sədri-yaxın-günlərdə-yeni-hökumət-qurulacaq

Islam Times
  https://www.islamtimes.org