0
Wednesday 28 October 2020 - 22:27

"Holokostu inkar etmək cinayət, Peyğəmbəri təhqir etmək azadlıq göstəricisidir?!"

Story Code : 894637
"Holokostu inkar etmək cinayət, Peyğəmbəri təhqir etmək azadlıq göstəricisidir?!"
İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei, Fransa Prezidenti Emmanuel Makronun Fransa mətbuatında İslam peyğəmbərinə qarşı təhqiramiz karikaturaların yayımlanmasını dəstəkləməsindən sonra Fransa gənclərinə bir mesaj ünvanlayıb.

Twitter sosial şəbəkəsində fransız dilində yayımlanan və dünyada bir çox KİV-də müzakirə olunan Ali dini liderin bu mesajının mətni belədir:

Allahın adı

Fransa gəncləri!

Prezidentinizdən soruşun: Nə üçün Allah Peyğəmbərinə (s) qarşı təhqiri dəstəkləyir və bunu ifadə azadlığı hesab edir?

İfadə azadlığının mənası budurmu: Təhqir və alçaldıcı addımlar, özü də parlaq, müqəddəs şəxsiyyətlərə qarşı?! Bu axmaq addım ölkə prezidentinə səs verib onu ölkə rəhbəri seçmiş millətin düşüncəsini təhqir etmək deyilmi?!

Növbəti sual budur ki, Holokosta şübhə ilə yanaşmaq nə üçün cinayətdir? Nə üçün kimsə bu barədə bir şey yazarsa, həbsxanaya düşməlidir, amma Peyğəmbəri təhqir etmək azaddır?!"
Source : IslamTimes