0
Thursday 29 October 2020 - 07:10

Ermənistanın 3-cü ordu korpusunda üsyan!

Story Code : 894672
Ermənistanın 3-cü ordu korpusunda üsyan!
Təfsilat belədir: Muzdlular (dəqiq desək, müqavilə ilə orduda olanlar) kollektiv şəkildə Dağlıq Qarabağdakı döyüş bölgəsinə göndərilmək əmrinə tabe olmaqdan imtina ediblər. Korpus komandiri Qriqori Xaçaturov özü prosesə müdaxilə üçün polka gəlib. İstisna deyil ki, bu saatlarda qiyam vəhşicəsinə yatırılacaq. Mənbə qeyd edir ki, hərbçilərdən bəzilərinin qohumları artıq korpusun qərargahında toplanmağa başlayıblar.

Xatırladırıq ki, Azərbaycan ordusu silahlarını yerə qoyan erməni birləşmələrinin həyatına və onlarla ləyaqətli rəftara zəmanət verməyə hazırdır. Bu, dəfələrlə elan edilib. /Müsavat/